Ölkə çempionatının I divizionunda mübarizə aparan "Xəzər" Premyer Liqaya yüksələcəyi halda, hansısa bölgəni təmsil edəcək. Paytaxtda komanda sayı çox olduğundan, debütantın rəhbərliyi bu addımı atmağı gərək bilib.
 
“Xəzər”in bölgədə məskunlaşmaq üçün bir neçə variant var. Bunar arasında ən real olanlardan birincisi Quba, digəri Mingəçevirdi. Klub rəhbərliyi mövcud infrastrukturu və digər imkanları nəzərə alaraq, ən uyğun variant seçəcək.
 
Belədə komandanın adı da dəyişdiriləcək. Çünki nə Quba, nə də Mingəçevirin klubun adını daşıdığı Xəzərə bağlılığı yoxdu.
 
İnformasiyanı klubdan da təsdiqlədilər. Amma konkret variant dəqiqləşmədiyi üçün rəhbərlik ad açıqlamaq istəmir. Hazırda bölgələrdəki durum araşdırılır.
 
Təbii ki, ilk öncə "Xəzər"in Premyer Liqaya vəsiqə qazanması lazımdı. Komanda 24 turdan sonra 44 xalla 2-cidi və liderdən 2 xal geri qalır. Lakin lider “Qaradağ Lökbatan” elitaya lisenziya üçün müraciət etməyib və bu, Elşad Əhmədvun yetirmələrinin şansını artırır.
 
Premyer Liqaya yüksələcəyi təqdirdə, daha sanballı büdcə ilə təmin olunacaq “Xəzər”in lisenziya almaqla bağlı da problem olmamalıdı. Bildiyimizə görə, klubun ciddi problem yoxdu, hətta digər iddiaçılarla müqayisədə daha real şansa malikdilər. Düzdü, AFFA-nın baş katibi Elxan Məmmədov nəzarət edə bilməyəcəyi bir klubun elitaya gəlməsinə imkan daxilində mane olmaq istəyir. Amma çətin ki, o da bütün tələbləri yerinə yetirən debütantın öhdəsindən gəlsin.
 
Əslində, AFFA mane olmağı deyil, kömək etməyi lazım bilməlidi. SOCAR-dan maliyyələşməyəcək müstəqil klubun yarışda iştirakı müsbət amildi. Futbola sərmayə qoymaq istəyən insanları qaçırmaq yox, onlara dəstək olmaq lazımdı. Onların bölgəyə yollanmaqla regionlarda futbolun inkişafına dəstək vermək istəyi təqdir olunmalı, infrastruktur baxımından da imkan daxilində kömək edilməlidi. AFFA-ya futbolun kütləviliyi, coğrafi genişliyi lazımdısa, bunu etməlidi. Lazımdısa…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp