Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 35-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Benfika”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"Sportinq" hazırda 36 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp