Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk görüş İngiltərədə keçirilib. “Liverpul” doğma meydanda İtaliya təmsilçisi “Roma” ilə qarşılaşıb.

7 qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb. 0:5-dən sonra iki qol vuran qonaqlar isə cavab matçı üçün kiçik də olsa, şans saxayıblar.

Yarımfinalın digər oyununda Almaniya çempionu “Bavariya” İspaniya nəhəngi “Real”ı qəbul edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu

24 aprel

“Liverpul” – “Roma” 5:2
Qollar: Məhəmməd Salah, 36; 45. Sadio Mane, 56. Roberto Firmino, 62; 69 – Edin Dzeko, 81. Dieqo Perotti, 85-pen.

25 aprel

22:45. “Bavariya” – “Real”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp