İtaliyanın “Roma” klubunun formasında son 5 ildə ilk dəfə sponsorun adı olacaq.

Futbolinfo.az xəbər verir ki, “Roma” “Qatar Airways” kompaniyası ilə müqavilə bağlayıb. Müqavilənin müddəti 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Klub 3 illik müqaviləyə görə 40 milyon avro alacaq. Bu da “Roma”nın tarixində ən böyük sponsor anlaşmasıdı.

“Roma” Çempionlar Liqasının 1/4 finalında “Qatar Airways” kompaniyasının sponsorluq etdiyi başqa bir komandanı – “Barselona”nı mübarizədən kənarlaşdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp