Türkiyənin "Beşiktaş" klubunun Azərbaycana səfər edəcəyi tarix məlum olub.

Futbolinfo.az xəbər verir ki, "qartallar" ölkəmizə sentyabrda səfər edəcək. İstanbul təmsilçisi "Qarabağ"la yoldaşlıq görüşü keçirəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda reallaşacaq. Oyunun sentyabrın 15-də keçirilməsi planlaşdırılıb. Bu barədə "Beşiktaş"ın prezidenti Fikrət Orman məlumat verib.

Xatırladaq ki, "Beşiktaş"ın prezidenti bir neçə gün öncə Azərbaycana səfər etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp