"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu Ağdam klubundakı gələcəyindən də söz açıb:

“Özümü burada çox yaxşı hiss edirəm. İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam. Artıq 8 ilə yaxındı “Qarabağ”dayam. Burada özümü evimdəki kimi hiss edirəm və hər şey yolunda gedir”.

Aqolli 35 yaşı olmasına baxmayaraq, hələ də özündə oynamağa güc hiss etdiyini söyləyib: “Tək futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdı. Dayanmaq istəmirəm, çünki hələ bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp