İtaliyanın “Udineze” klubu baş məşqçisi Massimo Oddo ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə yolların ayrılmasına səbəb komandanın son vaxtlar uğursuz çıxış etməsidi. 

İtaliya A Seriyasının 34 turundan sonra hesabında 33 xal olan “Udineze” 20 komanda arasında 14-cü pillədə qərarlaşıb. 

Oddo ötən ilin noyabrında Udine təmsilçisinin “sükanı arxasına” keçmişdi. 

“Ağ-qaralar”ın yeni baş məşqçisinin son olaraq “Qalatasaray”ı çalışdırmış İqor Tudor olacağı deyilir. Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp