İngiltərənin “Liverpul” klubu aparıcı futbolçularından birinin xidmətindən məhrum olub.

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İtaliyanın “Roma” klubu ilə qarşılaşan “Liverpul” matçın əvvəlindəcə Aleks Oksleyd-Çemberleyni itirib. Yarımmüdafiəçinin dizindən aldığı zədə ağır olduğundan oyunu davam etdirə bilməyib və 18-ci dəqiqədə əvəzlənib.

Futbolçunun zədəsinin nə dərəcədə ağır olduğuna ətraflı müayinədən sonra aydınlıq gələcək. Lakin Aleksin mövsümü erkən başa vuracağı istisna edilmir.

Qeyd edək ki, “Liverpul” bu oyunda “Roma”ya 5:2 hesabıyla qalib gəlib.

livrom240418ab - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp