UEFA Yunanıstanın “Panatinaikos” klubunu avrokuboklardan uzaqlaşdırıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən klub qarşıdakı 3 il ərzində avrokuboklara vəsiqə qazansa da, yarışlara buraxılmayacaq. Bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Buna yunanların UEFA Feyr Pley qaydalarını pozması səbəb göstərilir.

Qeyd edək ki, “Panatinaikos” 20 qat Yunanıstan çempionudu. Ötən mövsümün bürünc mükafatçısı hazırda ölkə çempionatında 7-ci yerdə gedir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp