İtaliyanın “Kalyari” klubunun yarımmüdafiəçisi Joao Pedro 4 illik diskvalifikasiyaya məruz qala bilər.

Futbolinfo.az xəbər verir ki, buna onun dopinqdə ilişməsi səbəb göstərilir. Belə ki, braziliyalı futbolçudan İtaliya A Seriyasının fevralın 11-də keçirilmiş “Sassusolo”, eləcə də həmin ayın 17-də baş tutmuş “Kyevo” ilə oyunlardan sonra götürülmüş dopinq testin nəticələri müsbət çıxıb.

“Football Italia” nəşrinin yazdığına görə, buna görə Joao Pedronun 4 illik cəzalanması gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp