Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Sumqayıt” – “Keşlə” matçının 72-ci dəqiqəsində “Keşlə”nin baş məşqçisi Yuri Maksimov aqressiv davranışa görə texniki zonadan kənarlaşdırılıb. Yuri Maksimov bu səbəbdən 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp