Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Mil-Muğan” – “Zaqatala” matçının 49-cu dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Cavid Heydərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Turan Tovuz” – “Sabah” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 24-cü turunun bir oyunu ilə də bağlı qərar çıxarılıb. Belə ki, “Neftçi” – “Qəbələ” matçında “Neftçi” və “Qəbələ” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 400 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp