Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif birinciliklərlə aşağıdakı qərarlar qəbul olunub:

Regional Liqanın “Şirvan” – “Şəki” matçı başa çatdıqdan sonra “Şirvan”ın futbolçusu Şahin Cəfərov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Regional Liqanın “Kürmük” – “Oğuz” matçının 63-cü dəqiqəsində “Oğuz” komandası meydanı özbaşına tərk etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Regional Liqanın “Uğur” – “Səhliyalı” matçının 90+3-cü dəqiqəsində "Səhliyalı"nın futbolçusu Nəriman Əzimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Regional Liqanın “Energetik” – “Şəmkir” matçının 90+1-ci dəqiqəsində “Energetik”in futbolçusu Elvin Əlizadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 90+1-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Hüseyn Qasımlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gənclər Liqasının “Zirə” – “Səbail” matçının 38-ci dəqiqəsində "Zirə"nin futbolçusu Kənan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasının “Səbail” – “Neftçi” matçının 86-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Seymur Həmidov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasının “Qarabağ” – “Kəpəz” matçının 49-cu dəqiqəsində "Qarabağ"ın futbolçusu Zamiq Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 49-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Babək Mehdiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-17 Liqasının “Səbail” – “Keşlə” matçının 55-ci dəqiqəsində "Keşlə"nin futbolçusu Sərcan Ömərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 84-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Rauf Rüstəmov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının "Neftçi" – "Sumqayıt" matçının 65-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Həsənli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının "Keşlə" – "Neftçi" İK İB matçının 80-cı dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Vaqif Ağazadə aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-16 Liqasının “Kəpəz” – “Qəbələ” matçının 77-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Veysəl Rzayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının “Mançester Yunayted” – “Keşlə” matçının 60-cı dəqiqəsində "Keşlə"nin futbolçuları Kamran Məlikov, Hüseyin Quliyev, Naik Paşayev və “Mançester Yunayted”in futbolçuları Tural Mirsultanov, Nicat Quliyev kütəvi dava-dalaşda iştirak etdiklərinə görə hər biri 3 oyun cəzalanıb.

U-14 Liqasının "Sumqayıt" – "Mançester Yunayted" matçının 56-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elnur Nəsirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasının "Neftçi" İK İB – "UGİM" (Astara) matçının 59-cu dəqiqəsində “Neftçi” İK İB klubunun məşqçisi Fəxrəddin Mürvətov hakimin qərarına kəskin etiraz, hakimi təhqir və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 10 oyun cəzalanıb.

U-13 Liqasının “Səbail” – “Vətən” matçı başa çatdıqdan sonra “Vətən”in futbolçusu Fəxri Məmmədli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasının “UGİM” (Mingəçevir) – “Kürmük” (Qax) matçının 49-cu dəqiqəsində "UGİM" klubunun futbolçusu Müğdət İbrahimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının “Masallı” – “UGİM” (Astara) matçında UGİM klubunun məşqçisi Mirzəyev Qəhrəman texniki zona qaydalarını pozduğuna görə texniki zonadan  kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasının “Vətən” – “Səbail” matçında “Səbail”in məşqçisi Fərid Namazov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-12 Liqasının "Masallı" – "Xəzər Lənkəran" matçının 37-ci dəqiqəsində “Masallı”nın futbolçusu Soltan Salmanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasının “Vətən” – “Leon” matçında “Vətən”in məşqçisi Samir Abdulrəhmanov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının "Sumqayıt" – "Baku City" matçında "Baku City" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının "Qubek" (Balakən) – "Keşlə" matçında "Keşlə" komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Fidan” – “Sumqayıt” FK matçının 85-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəmilə Jilyakova rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının "Keşlə" – "Veqa" matçında "Keşlə" komandasının heyətində yaş limitinin pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire” – “İtaldizain” matçının 27-ci dəqiqəsində “İtaldizain”ın futbolçusu Əsəd Əbdulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Hövsan” – “Avanqard” matçının 46-ci dəqiqəsində “Avanqard”ın məşqçisi Vahid Həşimov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp