Topaz Premyer Liqasının 25-ci turunda “Qəbələ”nin qonağı olacaq “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına başlayıb.

Futbolinfo.az xəbər verir ki, “Səbail”ə qarşı son çempionat matçından sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib.

“Sarı-göylər”in bu günkü məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub. Sabah Gəncəyə gələcək “Kəpəz” əsas hazırlığı doğma şəhərdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp