“Neftçi” klubun transfer siyasəti ilə bağlı son xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi saytında bununla bağlı bəyanat yerləşdirilib:

“Son vaxtlar kütləvi informasiya vasitələrində "Neftçi” PFK-nın transfer siyasəti ilə bağlı həqiqətə uyğun olmayan çoxsaylı xəbərlərə rast gəlinir. Bəzi KİV nümayəndələri klubumuzun adından sui-istifadə edir, müxtəlif futbolçuların "Neftçi” PFK ilə anlaşdığı haqda dezinformasiyalar yayır.

"Neftçi” PFK tək transfer deyil, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.

Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp