21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” komandasında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 8-ci turunda səfərdə “Şukura” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb – 3:2.

Fərid də bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

Komandasının qələbəsində Fəridin də xüsusi əməyi olub. Belə ki, oyunda hesabı 18-ci dəqiqədə məhz Nəbiyev açıb. 45+2-ci dəqiqədə isə o, komanda yoldaşının qol vurmasına məhsuldar ötürmə ilə kömək edib.

Geridə qalan turlarda 5 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

8 turdan sonra hesabında 11 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp