Bu gün Topaz Premyer Liqasında 25-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Ötən tur çempionluğunu təmin etmiş “Qarabağ” səfərdə “Zirə” ilə qarşılaşıb. Ağdam klubu üçün artıq elə də ciddi əhəmiyyət daşımayan oyunda Ayxan Abbasovun çalışdırdığı komanda xeyli müddətdi davam edən uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparıb. Lakin üç qolun qeydə alındığı görüşdə zirəlilər növbəti məğlubiyyətlə üzləşiblər.

Topaz Premyer Liqası
25-ci tur

27 aprel
 
“Zirə” – “Qarabağ” 1:2
Qol: A.Dedov, 61 – D.Gerye, 55. Miçel, 90+2.
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

“Zirə”: 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 29. Comal Uilyams, 38. İlkin Muradov, 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Jozef Bum, 9. Aleksandr Dedov, 16. İbrahim Aslanlı, 21. Sahil Cəfərov, 77. Mirsahib Abbasov, 88. Elşən Abdullayev, 98. Elçin Əliyev.
Məşqçi: Elnur Çodarov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 11. Mahir Mədətov, 77. Donald Gerye, 90. Ramil Şeydayev, 7. Rahid Əmirquliyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 8. Markos Madera, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 22. Əfran İsmayılov, 49. İbrahim Əliyev, 91. Coşqun Diniyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: 28 aprel (“Qəbələ” – “Kəpəz”, “Keşlə” – “Neftçi”). 29 aprel (“Sumqayıt” – “Səbail”).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp