FİFA Türkiyənin “Trabzonspor” klubuna tətbiq etdiyi transfer qadağasını ləğv edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Qaradəniz təmsilçisinin mətbuat xidməti yayıb. Məlumatda artıq klubun 2018/19 mövsümü öncəsi transfer etməkdə heç bir problemin qalmadığı qeyd edilib. FİFA “bordo-mavilər”in etirazından sonra kluba tətbiq etdiyi cəzanı ləğv edib.

Xatırladaq ki, millimizin hücumçusu Ramil Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsusdu. Futbolçu hazırda “Qarabağ”da icarə əsasında çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp