Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib. O, 92 faiz səslə birinci olub.

Xatırladaq ki, ÇL-in yarımfinal mərhələsi çərçivəsində İtaliyanın “Roma” klubu ilə ilk oyunda Salah 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Komandası isə bu oyunda 5:2 hesabıyla qalib gəlib.

Həftənin ən yaxşısı olmağa digər namizəd Madrid “Real”ının müdafiəçisi Marselo idi. Lakin braziliyalı müdafiəçi cəmi 8 faiz səs toplaya bilib. O, Almaniya çempionu “Bavariya” üzərində qazandıqları 2:1 hesablı səfər qələbəsinə qolla töhfə verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp