“Neftçi” Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacağı “Keşlə” ilə oyunun hazırlığını başa vurub. 

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” bu gün oyunun keçiriləcəyi “İnter Arena”da məşq edib.

Yeri gəlmişkən, paytaxt klubunun iki futbolçusu – Emin Mahmudov və Mirabdulla Abbasovun doğum günüdü. Komanda yoldaşları bu münasibətlə onları təbrik edib.

Xatırladaq ki, aprelin 28-də “İnter Arena”da keçiriləcək “Keşlə” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.

ac982443b8c32f2c70ad367d1d808ada - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp