Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

Lökbatanda zirvə savaşı olub. Belə ki, lider “Qaradağ Lökbatan” ən yaxın izləyicisi, 2 xal qabaqladığı “Xəzər”i qəbul edəcək. Elşad Əhmədovun komandası qələbə seriyasını davam etdirəcəyi halda ilk dəfə lider olacaqdı. Dörd qolun qeydə alındığı qarşılaşma məhz qonaqların qələbəsiylə başa çatıb. Nəticədə, “Xəzər” “Qaradağ Lökbatan”ı devirərək zirvəyə yüksəlib.

MOİK “Mil-Muğan”la ev oyununda darmadağınla qalib gəlib. Ötən mövsümün qalibi “Turan Tovuz” isə səfərdə “Binə” üzərində inamlı qələbəyə sevinib.

Birinci Divizion
25-ci tur

27 aprel

“Qaradağ Lökbatan” – “Xəzər” 1:3
Qollar: Sabir Allahquliyev, 40 – Elmir Rəhimzadə, 32; 63. Bəxtiyar Soltanov, 90+3.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Elgün Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

MOİK – “Mil-Muğan” 3:0
Qollar: Bəhruz Teymurov, 43; 87. Kamil Nurəhmədov, 66.
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Ruslan Babayev, Elxan Müslümov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Binə” – “Turan Tovuz” 0:2
Qollar: Tuqay Alhüseynli, 60. Vüsal Səfərov, 75-avtoqol.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Mehman Mahmudov, Nahid Xasıyev.
Binə qəsəbə stadionu.

Turun digər oyunları: “Sabah” – “Ağsu” 4:0, “Zaqatala” – “Şüvəlan” 2:2.

 

1 Xəzər 25 14 5 6 37-14 47
2 Qaradağ Lökbatan 25 13 7 5 43-28 46
3 Şüvəlan 25 12 6 7 28-19 42
4 MOİK 25 12 4 9 37-30 40
5 Sabah 25 10 6 9 37-32 36
6 Turan Tovuz 25 10 5 10 32-32 35
7 Binə 25 10 5 10 29-30 35
8 Mil-Muğan 25 7 6 12 30-45 27
9 Ağsu 25 6 4 15 21-46 22
10 Zaqatala 25 4 6 15 21-39 18

Bəhruz Teymurov (MOİK) – 14 qol
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") – 11 qol

Tural Qürbətov ("Xəzər") – 10 qol
Elnur Səmədov ("Şüvəlan") – 9 qol
Samir Babayev ("Mil-Muğan") – 8 qol

 

 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp