Birinci Divizionun iştirakçısı olan "Xəzər"in Premyer Liqada çıxış edəcəyi halda Qubanı təmsil etməsiylə bağlı xəbər bu bölgədə böyük marağa səbəb olub. Futbolinfo.az xəbər verir ki, sport24.az saat bu gün keçirilən "Qaradağ Lökbatan" – "Xəzər" matçının Quba kinoteatrında canlı nümayiş olunduğuna dair xəbər yayıb.

Xəbəri Quba Olimpiya İdman Kompleksinin rəsmisi, AFFA hakim-inspektoru Akif Əliyev də təsdiqləyib. O, bildirib ki, Quba rayon mərkəzində Nizamı adına kinoteatrdakı 16 metr uzunluğunda böyük ekranda oyun münayiş olunub. Həmin məkanda Avropada derbi matçları, Çempionlar Liqası və Avropa Liqası qarşılaşmaları göstərilir.

"Xəzər"in Qubanı təmsil edəcəyi ilə bağlı xəbərlər komandanın azarkeşlərinin də marağına səbəb olub. Fanat.az xəbər verir ki, bir qrup azarkeş saat 16:00-da başlayan matçda üzərinə "Quba, gözlə, gəlirik!" yazılmış pankart açıb.

1524831051 31433538 2136468366369537 6982832158540824576 n - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp