Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə”yə qalib gələn (2:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Qurbanov öncə matçla bağlı fikirlərini bildirib:  

– Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdilər. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Düzdü, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur.

– Bu oyunda bir neçə dəyişiklik etmişdiz…
– Elə də dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim. 

– “Qəbələ” ilə son turda keçiriləcək oyunun Bakıda baş tutma ehtimalı var. Buna münasibətiniz necədi?
– Bu barədə mən də mətbuatdan oxumuşam. Evdə oynamaq “Qəbələ”nin haqqıdı. Qəbələdə oynamağın əleyhinə deyiləm. Mənim üçün fərqi yoxdu. 

– Şeydayevi komandada saxlayacaqsız?
– Onun bizimlə müqavilə müddəti mayda başa çatacaq. Hələ ki, danışığımız olmayıb. Bu barədə nə “Trabzonspor”la, nə də Ramillə danışmışıq. (komanda.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp