2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandası Antalya şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib. 

Futbolinfo.az xəbər verir ki, Türkiyədən olan həmyaşıdları ilə qarşılaşan komandamız 0:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Bəhruz Tanırverdiyev 34-cü, Siyadi Baxşəliyev isə 37-ci dəqiqədə qırmızı vərəqə alıb. 

Xatırladaq ki, komandamız ilk oyununu Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığmasına qarşı keçirmişdi və 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmasına qarşı ikinci oyunda isə millimiz 1:2 hesabı ilə uduzmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp