Futbol üzrə İran çempionatında mövsümə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da sonuncu – 30-cu turun oyunlarına çıxıblar.

Təbrizin “Traktorsazi” klubu səfərdə “Fulad Xuzestan”la qarşılaşıb. Türkiyəli mütəxəssis Ərtuğrul Sağlamın yetirmələri bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” isə doğma meydanda “Padideh” ilə heç-heçəyə razılaşıb – 0:0.

“Göstəriş” mövsümü 37 xalla 16 klub arasında 9-cu, “Traktorsazi” isə 34 xalla 10-cu pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp