Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun ikinci oyun günündə meydana çıxacaq “Qəbələ” öz meydanında “Kəpəz”lə qarşılaşacaq. Bu gün keçiriləcək matç Qəbələ şəhər stadionunda baş tutacaq. 

Bu görüş rəqiblər arasında 20-ci duel olacaq. Yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar yubiley matçındadək 19 dəfə görüşüb. İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” daha çox – 8 qələbə qazanıb. 5 dəfə heç-heçə edən bu komanda 6 matçdan xalsız ayrılıb. Top fərqində də üstünlük “Qəbələ”nin tərəfindədi – 22:17. 

10-cu dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 5 dəfə qalib gəlibsə, 2 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 11 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 6 top buraxıb. Gəncə klubu ilə qarşılaşmaların ən yaxşı bombardiri Baqali Dabodu. Onun hesabında 3 qol var. Filip Ozobiç, Famussa Kone və Ruslan Qurbanov hərəyə 2 dəfə fərqlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp