Birləşmiş Ərəb Əmirliklərinin “El-Fujairah” klubunun baş məşqçisi Dieqo Armando Maradona istefa verib.

Futbolinfo.az xəbər verir ki, Argentina futbolunun canlı əfsanəsinin istefasına bu komandanı yüksək liqaya çıxara bilməməsi səbəb olub.

O, ötən ilin may ayından sözügedən klubun sükanı arxasına keçmişdi. Maradonanın hədəfi bu komandanı elitaya daşımaq idi. Lakin “Khor Fakkan” ilə 1:1 hesablı heç-heçədən sonra komandanın yüksək liqaya vəsiqə qazanmaq şansı heçə enib. Bu üzdən də o, istefa vermək qərarına gəlib.

Dünyanın ən yaxşı futbolçuları arasında yer alan Maradona daha öncə Argentina yığmasını və BƏƏ-nin “El-Vasl” klublarının çalışdırıb. Lakin o, bu komandalarda da uğur qazana bilməyib və qısa müddətdən sonra istefa verib.

Shares: