Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Sivasspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Dəniz bu oyunun iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp