Futbol üzrə Ukrayna çempionatında 29-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Karpatı” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 36 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə qərarlaşıb.