Bu gün futzal üzrə Yüksək Liqada 26-cı turun oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, mərkəzi yollar bağlı olduğuna görə, turun oyunları “Olimpik Star”da baş tutub. 

Turun açılış oyununda əzəli rəqiblər – “Neftçi” və EKOL komandaları üz-üzə gəlib. Turnir cədvəlində qonşu pillələrdə yer alan rəqiblərin duelindən EKOL qalib ayrılıb. 

İkinci oyun isə gərginliyi ilə yadda qalıb. “Arazz” çempionluğu təmin etsə də, ən yaxın izləyicisi olan “Marafon Futsal”a yenilmək niyyətində deyildi. Cari mövsümdəki 3 dueldə (4:2, 2:0, 6:1) qələbə qazanan Alesionun drujinası üçün oyun uğursuz alınıb. Ardıcıl 3 qol buraxan lider sonradan İsa Atayevlə fərqi azaltsa da, “Marafon Futsal”ın qələbəsinə mane ola bilməyib. Cari mövsümdə ilk dəfə meydanı məğlubi tərk etməsi azmış kimi, matçın gedişində çempionun 4 oyunçusu qırmızı vərəqə alaraq meydanı məcburi tərk edib.

Tura autsayderlə debütantın dueli ilə yekun vurulub. Zədəli oyunçuların çoxluq təşkil etməsinə rəğmən, “İtaldizain Futsal” turu 3 xalla qapayıb.

Yüksək Liqa
26-cı tur

28 aprel

“Neftçi” İK – EKOL 1:4
Qollar: Oruc Baxşəli, 11:15 – Radik Əhmədov, 7:38. Namiq Məmmədkərimov, 22:30. Fərid Atakişiyev, 33:21. Samir Həmzəyev, 37:02.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Olimpik Star. Saat 12:30.

“Marafon Futsal” – “Araz” 6:4
Qollar: Omid Talebi, 2:39, 3:09, 22:55, 35:51. Majid Morovati, 18:20. Elyas Barati, 31:15 – İsa Atayev, 19:15, 31:56. Thaqo Bolinya, 34:12, 39:47.
Qırmızı vərəqələr: Eduardo Borges, 17:03. Xətai Bağırov, 17:03. İsa Atayev, 37:01. Rövşən Hüseynli, 39:33.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov
Olimpik Star. Saat 14:30

“İtaldizain Futsal” – “Xəmsə” 9:1
Qol: Rəcəb Fərəczadə, 1:18, 10:20. Faiq Əliyev, 10:52. Anar Ağayev, 12:41, 35:13. Nihad İsmayılov, 13:15, 25:31. Ruzigar İbrahimzadə, 30:43. Elvin Quliyev, 39:12 – Elçin Zeynalov, 23:15.
Hakimlər: Yusif Nurullayev, Ramiz Məhərrəmov, Kənan Məlikov.
Olimpik Star. Saat 16:30.

Turnir cədvəli: Araz – 59, Marafon Futsal – 46, EKOL – 38, Neftçi İK – 29, İtaldizain Futsal – 26, Yasamal – 16, Xəmsə – 2.

Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 32 qol.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp