Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 33-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Girəsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ufuk bu görüşün iştirakçısı olmayıb. Uzun müddət idi zədədən əziyyət çəkən millimizin üzvü ilk dəfə bu matçın iştirak ərizəsinə daxil edilsə də, sonadək ehtiyatda qalıb.

“Samsunspor” hazırda 35 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp