Futbol üzrə Türkiyə Super Liqasının növbəti mövsümünə vəsiqə qazanan 2 komandanın adına aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, TFF 1-ci liqanın 33-cü turunda səfərdə “Ümraniyəspor”u 1:0 hesabıyla məğlub edən “Rizəspor” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Nəticədə bu komanda həm də növbəti mövsümdə elitada oynamaq hüququna yiyələnib.

Super Liqaya növbəti vəsiqəni isə “Ankaragücü” əldə edib. Paytaxt klubu səfərdə “Manisaspor”u 3:0 hesabıyla məğlub edərək TFF 1-ci liqanın ikincisi olub. 

Xatırladaq ki, bu, rizəlilərin bir mövsümlük, Ankara təmsilçisinin isə 6 illik fasilədən sonra əsas liqaya qayıdışıdı.

Elitaya digər vəsiqənin taleyinə isə pley-off oyunlarından sonra aydınlıq gələcək.

Shares: