Futbol üzrə Çernoqoriya çempionatında 31-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Deçiç” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Rudar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Tural bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 21 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.