PSJ-nin futbolçusu Edinson Kavani klubun tarixinə düşüb. Ötən gün Fransa Liqasının 35-ci turunda “Genqam”la oyunda (2:2) dubl edən uruqvaylı hücumçu çempionatdakı qollarının sayını 115-ə çatdırıb.
Bununla da o, Zlatan İbrahimoviçin (113) rekordunu yeniləyərək Fransa Liqasında ən çox qol vuran PSJ-li futbolçu adına yiyələnib.
Qeyd edək ki, 2013-cü ildə “Napoli”dən PSJ-ə keçən Kavani ümumilikdə 168 qol vurub.