UEFA Avropa Liqasının simvollarında bəzi dəyişikliklər edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Turnirin loqosunun əsas elementləri və rəngləri olduğu kimi saxlanılsa da, bəzi yeniliklər edilib.
Ancaq qitənin ikinci dərəcəli klub turniri üçün yeni himn yazılıb. Bundan əlavə, Avroliqanın yeni topu da təqdim olunub.
Xatırladaq ki, əvvəllər UEFA Kuboku adlanan turnir 1971-ci ildən keçirilir. 2009-cu ildə yarışın adı dəyişdirilərək Avropa Liqası adlandırılıb.
UEFA-nın rəsmi televiziyası Avroliqa ilə bağlı son dəyişiklərlə bağlı belə bir videoçarx da hazırlayıb və himni təqdim edib: https://www.youtube.com/watch?v=VfD66mUzKgQ