Mayın 30-dan iyunun 9-dək təlim-məşq toplanışı, toplanış çərçivəsində iyunun 4-də Astanada Qazaxıstanın, iyunun 8-də isə “Dalğa Arena”da Macarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov bu toplanış üçün milliyə 26 futbolçu dəvət edib:

1. Abdulla Seyidəhmədov – Zirə
2. Hüseynəli Quliyev – Səbail
3. Kamran İbrahimov – Neftçi
4. Amin Seydiyev – Qəbələ
5. Ömər Buludov – Neftçi
6. İbrahim Hüseynov – Qarabağ
7. Bəhlul Mustafazadə – Sumqayıt
8. Anton Krivotsyuk – Neftçi
9. Rüstəm Nuriyev – Qəbələ
10. Elvin Sərkərov – Neftçi
11. Sərtan Taşkın – Keşlə
12. İlkin Muradov – Zirə
13. Ziya Əzizov – Den Bosch (Hollandiya)
14. İsmayıl İbrahimli – MOİK
15. Qismət Alıyev – Qəbələ
16. Budaq Nəsirov – Sportinq (Lissabon, Portuqaliya)
17. Şakir Seyidov – Səbail
18. Ehtiram Şahverdiyev – Sumqayıt
19. Hacıağa Hacılı – Qəbələ
20. Fəhmin Muradbəyli – Səbail
21. Fərid Nəbiyev – Şevardeni (Gürcüstan)
22. Ozan Can Kökcü – Valveyk (Hollandiya)
23. Rövlan Muradov – Slaviya (Çexiya)
24. Toral Bayramov – Qarabağ
25. Murad Mahmudov – Ayntraxt (Frankfurt, Almaniya)
26. Renat Dadaşov – Ayntraxt (Frankfurt, Almaniya)

Shares: