Topaz Premyer Liqasında 2017/18 mövsümünü başa vuran “Zirə”də bəzi ayrılıqlar reallaşıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klubla müqaviləsinin müddəti başa çatan Milan Duriç, Yovan Krneta, Viktor İqbekoyi, Orxan Əliyev, Aleksandr Şemonayev ilə yollar ayrılıb. 

Bundan başqa icarə müddəti bitən Comal Uilyams, Yani Urdinov və Elşən Abdullayev də komandadan ayrılıb. 

“Zirə” onlara komandada göstərdiyi xidmətə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp