“Səbail” növbəti transferini həyata keçirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Lakin onun yeni klubu ilə neçə illik müqavilə bağladığı açıqlanmır.

Qeyd edək ki, Şəhriyarın son iş yeri “Kəpəz” olub. Lakin Gəncə klubu mövsümü sonuncu pillədə başa vuraraq Birinci Diviziona düşdüyündən, o, özünə yeni iş yeri axtarmaq qərarına gəlmişdi.

Rəhimov “Kəpəz”də 2015-ci ildən, bu klub elitaya qayıdandan bəri çıxış edirdi. Tural Axundov “Sumqayıt”a keçəndən sonra isə o, ötən mövsümdən etibarən komandanın kapitanı idi.

Shares: