Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-ci Kvarnerska Riviyera turnirində qrup mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin U-17 komandası 3-cü turda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın heyətində Kamran Quliyev rəqib qapısına yol tapıb.
Beləliklə, ilk iki turda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlub edən “Qəbələ” 5 xalla qrupda 2-ci yeri tutub. “Qırmızı-qaralar” hər komandanın üç 18 yaşadək futbolçudan yararlana bildiyi turnirin 1/4 finalına yüksəlib.
“Qəbələ”nin növbəti mərhələdəki rəqibi Sloveniyanın “Olimpiya” klubu olacaq.