"Neftçi” baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb. Bu barədə məlumatı rəsmi saytı vasitəsilə yayıb.
 
Bildirilir ki, müqavilə müddəti bu gün başa çatan mütəxəssislə yeni sözləşməyə ehtiyac duyulmayıb. Belə ki, paytaxt təmsilçisi Müşahidə Şurasının və təsisçilərin qərarı ilə Əhmədovla sağollaşıb.
 
"Neftçi”yə ötən mövsümün əvvəllərində keçən Tərlan Əhmədovun rəhbərliyi altında "ağ-qaralar” mövsümü 3-cü pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb. Buna baxmayaraq, onunla yolların ayrılacağı xeyli öncədən bəlli idi.
Shares: