“Qəbələ” daha 3 futbolçu ilə yolları ayırıb. Vitali Vernidub və Famussa Kone ilə 2017-18 mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.
 
2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Vernidub komandanın heyətində 78 oyun keçirib və 3 qol vurub.Ötən yaydan “Qəbələ”də çıxış edən Kone isə 33 matçda 7 dəfə fərqlənib.
 
Bölgə təmsilçisinin vidalaşdığı digər oyunçu isə millimizin üzvüdü. Ruslan Qurbanovun vida qərarını klub yox, səbəbkar özü "Feysbuk" səhifəsindəə yazıb. 27 yaşlı hücumçu klub rəhbərliyinə ona indiyə kimi göstərdiyi inam və dəstəyə görə təşəkkür edib, "Qəbələ"yə Avroliqada uğurlar arzulayıb.
Shares: