“Neftçi” baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb. Təcrübəli mütəxəssislə başa çatan müqavilə yenilənməyib.
 
Əhmədovun paytaxt klubunda karyerası 9 ay çəkib. Ötən ilin 11 sentyabrında kluba təyinat alan mütəxəssis bu müddət ərzində komandanı 29 oyuna çıxarıb. Bunlardan 24-ü Premyer Liqa, 5-i kubok matçı olub.
 
Əhmədovun rəhbərliyi altında TPL-də bürünc medalları qazanan “ağ-qaralar” 24 görüşün 14-də qələbə qazanıb, 3-də heç-heçə edib, 7 matçda isə məğlub olub. Yığılan 46 xalın 45-i məhz Əhmədovun rəhbərliyi altında qazanılıb.
 
“Neftçi” 24 matçda 38 qol vurub ki, bu da ümumi çempionat üçün ikinci ən yaxşı göstəricidi – “flaqman” yalnız “Qəbələ”dən geri qalıb. Buraxılan qol sayı isə 23-ə bərabər olub.
 
Komandasını kubokun yarımfinalına qədər aparan Əhmədov turnirdə 3 qələbəyə sevinib, 2 məğlubiyyət yaşayıb. “Ağ-qaralar” top fərqində 10:5 üstün olub.
 
Tərlan Əhmədovun ümumi 29 oyunluq statistikası isə belədi: 17 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət. Top fərqi – 48:28. Təcrübəli mütəxəssisin Bakı klubunda qələbə faizi 58, 62-yə bərabər olub. Bu da onun yalnız “Qarabağ”ın baş məqçisi Qurban Qurbanovdan geri qalması deməkdi.
Shares: