“Sumqayıt” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bəxtiyar Həsənalızadə komandada qalıb. 25 yaşlı mərkəz müdafiəçisi ilə 1 il sözləşmə imzalanıb.
"Sumqayıt” bundan əvvəl Vurğun Hüseynov və Cavid Tağıyevlə müqaviləni yeniləyib.
Qeyd edək ki, 2011-ci ildən "Sumqayıt”ın formasını geyinən Həsənalızadə 144 dəfə meydana çıxıb.