İtaliyanın “Kalyari” klubu baş məşqçisi Dieqo Lopeslə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
43 yaşlı mütəxəssis ötən ilin oktyabrında A Seriyası təmsilçisinin “sükanı arxasına” keçmişdi. Uruqvaylı məşqçi komandanı 13-cü pillədə qəbul etsə də, “Kalyari” mövsümü 16-cı sırada başa vurub. Klub rəhbərliyi növbəti mövsümə yeni baş məşqçi ilə başlamaq qərarına gəlib.