İngiltərənin “Everton” klubuna yeni baş məşqçi təyin olunub.

Futbolinfo.az xəbər verir ki, bundan sonra Premyer Liqa təmsilçisini Marko Silva çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

40 yaşlı portuqaliyalı məşqçi ilə müqavilənin müddəti və digər detallar barədə açıqlama verilmir. O, baş məşqçi postundan mövsüm bitən kimi istefaya göndərilən Sem Ellerdaysı əvəz edib.

M.Silva məşqçilik karyerası ərzində ölkəsinin “Eştoril”, “Sportinq” klubları ilə yanaşı, Yunanıstan “Olimpiakos”unda, həmçinin İngiltərənin “Hall Siti” və “Uotford” klublarında da çalışıb.

“Everton” son mövsümü 49 xalla 8-ci pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp