Futbol üzrə Yaponiya millisinin DÇ-2018 üçün yekun heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Akira Nişino mundiala aşağıdakı futbolçuları aparmaq qərarına gəlib:

Qapıçılar: Eyi Kavasima ("Mets", Fransa), Masaaki Hiqasiquçi ("Qamba Osaka"), Kosuke Nakamura ("Kasiva Reysol").

Müdafiəçilər: Yuto Naqatomo ("Qalatasaray", Türkiyə), Qotoku Sakai ("Hamburq", Almaniya), Tomoaki Makino, Vataru Endo (hər ikisi "Urava Red Daymonds"), Qen Sedzi, Naomisi Ueda (hər ikisi "Kasima Antlers"), Mayya Yosida ("Sautqempton", İngiltərə), Hiroki Sakai (“Olimpik”, Marsel, Fransa);

Yarımmüdafiəçilər: Makoto Hasebe ("Ayntraxt", Almaniya), Şinci Kaqava ("Borussiya" Dortmund, Almaniya), Qaku Sibasaki ("Xetafe", İspaniya), Riota Osima ("Kavasaki Frontale"), Hotaru Yamaquçi ("Serezo Osaka"), Keysuke Honda ("Paçuka", Meksika), Qenki Xaraquçi, Takasi Usami (hər ikisi "Fortuna" Düsseldorf, Almaniya), Takasi İnui ("Eybar", İspaniya);

Hücumçular: Şinci Okazaki ("Lester", İngiltərə), Yuya Osako ("Verder", Almaniya), Yosinori Muto ("Maynts", Almaniya).

Xatırladaq ki, Yaponiya millisi DÇ-2018-də Seneqal, Kolumbiya və Polşa yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Shares: