İngiltərə millisinin və “Çelsi”nin sabiq kapitanı Con Terri “Aston Villa”dan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Birmingem klubunun mətbuat xidməti yayıb.

Terri 2017-ci ilin yayından “Aston Villa”nın uğurları üçün çalışırdı. 37 yaşlı futbolçu son mövsümdə şans qazandığı 36 matçda 1 qola imza atıb.

“Aston Villa” Çempionşipin pley-off mərhələsində “Fulhem”ə uduzaraq, Premyer Liqadan kənarda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp