İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempard baş məşqçi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, Çempionşip təmsilçisi “Derbi Kauntri” komandanın “sükanı”nı keçmiş yarımmüdafiəçiyə həvalə edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Karyerası ərzində “Vest Hem”, “Çelsi”, “Suonsi”, “Mançester Siti” kimi komandalarda top qovmuş Lempardın futbolçu kimi son iş yeri MLS təmsilçisi “Nyu-York Siti” olub.
“Derbi Kauntri” Çempionşipin son mövsümünü 6-cı pillədə başa vurub.