FİFA Səudiyyə Ərəbistanından olan hakim Fahad Əl-Mirdasini DÇ-2018-ə təyinat almış ədalət təmsilçilərinin yer aldığı siyahıdan çıxarıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Buna Fahadın danışılmış oyunlarda iştirakda ittiham edilməsi səbəb göstərilir.

Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanının futbol federasiyası hakim Fahad Əl-Mirdasini ömürlük cəzalandırıb. O, mayın 12-də keçirilən ölkə kubokunun final qarşılaşmasına təyinat alıb. Ancaq hakim mayın 11-də finalda oynayacaq komandalardan biri ilə əlaqə saxlayaraq, onlardan mükafat tələb edib. Klub rəhbərliyi məsələ ilə bağlı federasiyanı məlumatlandırıb. Federasiya isə hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Fahad Əl-Mirdasi həbs olunub.

FİFA 32 yaşlı Əl-Mirdasinin yerinə başqa bir hakimə dəvət göndərilməyəcəyini açıqlayıb. Amma köməkçi hakimlərin yerinə BƏƏ və Yaponiyadan iki hakim siyahıya əlavə edilib.

Shares: