“Neftçi”nin baş məşqçi postuna namizəd göstərilən rumıniyalı mütəxəssis Marius Şumuditsa ölkəsinin mətbuatına bu barədə yeni açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis “ağ-qaralar”ın təklifini rədd etmədiyini deyib:

“Neftçi”nin təklifini hələ rədd etməmişəm. Şənbə günü Buxarestə yollanıb, onlarla bunu müzakirə edəcəyik. Mənim istəklərim yox, onların tələbləri önəmlidi. Azərbaycanda böhran hökm sürür. Bakı sensasiyalı şəhərdi. Texniki heyətimdən ayılmaq mənim üçün çox çətindi. Korpusumda iki nəfər deyil. Ancaq onların da büdcəsi yoxdu. Korpusumda 4 peşəkar məşqçi var və onları tərk edə bilmərəm” (futbolpress.az).

Shares: